Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun bütün təyinatları açıqlanıb. Arena.az sizi növbəti turun təyinatları ilə tanış edir.
Bu gün baş tutacaq “Şamaxı” – “Səbail” matçını İnqilab Məmmədov idarə edəcək. Günün daha maraqla gözlənilən “Qarabağ” – “Sabah” matçı isə Rauf Cabbarova tapşırılıb.
“Zirə” – “Qəbələ” qarşılaşmasında Rəşad Əhmədov baş hakim olacaq. “Sumqayıt” – “Neftçi” matçı isə Kamal Umudluya həvalə olunub.
Azərbaycan Premyer Liqası
25-ci tur
3 may
“Şamaxı” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Şamaxı şəhər stadionu, 16:30.
“Qarabağ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “Azersun Arena”, 19:00.
4 may
“Zirə” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:45.
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Sumqayıt. “Kapital Bank Arena”, 20:00.


