Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, növbəti turun oyunları sentyabrın 25 və 26-da keçiriləcək.
İlk oyun gününndə “Keşlə” “Qarabağ”ı, “Səbail” isə “Zirə”ni qəbul edəcək.
Bazar günü isə “Sabah” – “Neftçi” və “Sumqayıt” – “Qəbələ” oyunları baş tutacaq.
Azərbaycan Premyer Liqası
5-ci tur
25 sentyabr
“Keşlə” – “Qarabağ”
Bakı. “ASK Arena”, 17:00
“Səbail” – “Zirə”
Bakı. “ASCO Arena”, 19:15
26 sentyabr
“Sabah” – “Neftçi”
Masazır. “Bank Respublika Arena”, 17:00
“Sumqayıt” – “Qəbələ”
Sumqayıt. “Kapital Bank Arena”, 19:15.



