PSJ-nin baş məşqçisi Luis Enrike ÇL-in 1/8 finalında “Real Sosyedad”la cavab oyununda Kilian Mbappesiz oynayacağını istisna etməyib.
Arena.az məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir ki, ispan mütəxəssis müvafiq sualı birmənalı cavablamayıb:
“Mbappesiz oynamağa öyrəşmişikmi? Bəlkə hə, bəlkə də yox. Kim bilir?”, deyə Luis Enrike azarkeşləri intizarda saxlayan cavabla diqqət çəkib.
Xatırladaq ki, Parisdə keçirilmiş ilk oyunda PSJ “Real Sosyedad”ı 2:0 hesabı ilə məğlub edib.
“Real Sosyedad” cavab oyunu çərçivəsində bu axşam PSJ-ni San-Sebastyanda qəbul edəcək. Oyuna Bakı vaxtı ilə 00:00-da (6 mart) start veriləcək.


