“Qarabağ” daha iki futbolçusu ilə yeni müqavilə imzalamağa qərar verib. Arena.az xəbər verir ki, bu dəfə müdafiəçilər Abbas Hüseynov və Rahil Məmmədov ilə yeni sözləşmə imzalanıb.
Bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə hər iki futbolçu ilə iki illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.
Abbas 2017-ci, Rahil isə 2018-ci ildən “Qarabağ”ın formasını geyinir.
Ağdam təmsilçisində daha öncə Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Qara Qarayevlə də yeni müqavilə imzalanmışdı.

