“Qarabağ”ın rəqibi “Braqa” kubokda inamlı qələbəyə sevindi

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Portuqaliya kubokunun qrup mərhələsi çərçivəsində “Nasyonal”la qarşılaşıb.

Rəqib meydanında baş tutan bu oyun Braqanın eyniadlı təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb – 3:1. Qonaqların heyətində Moutinyo (15-ci dəqiqədə penaltidən), Niakate (25-ci dəqiqə) və Horta (44-cü dəqiqə) fərqlənib. Meydan sahiblərinin gücü yalnız 61-ci dəqiqədə vurduqları təsəlli qoluna çatıb.

Bu qələbədən sonra braqalılar yer aldıqları A qrupunda 4 xalla birinci pillədə qərarlaşıblar. Bu komanda qrupdakı növbəti matçını dekabrın 30-da səfərdə “Kasa Pia”ya qarşı keçirəcək.

Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı ilk oyun 2024-cü ilin fevral ayının 15-də Portuqaliyada baş tutacaq. Bu komandaların cavab oyunu isə bir həftə sonra isə Bakıda təşkil ediləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: