“Zirə”nin yarımmüdafiəçisi Qismət Alıyev cərrahiyə əməliyyatı olunub. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu İstanbulda qasıq nahiyəsindən əməliyyat keçirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə gənc futbolçunun təxminən 4 həftədən sonra məşqlərə başlayacağı diqqətə çatdırılıb.
Qismət Alıyev geridə qalan mövsümdə “Zirə” ilə 22 Premyer Liqa matçına çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 2 qolla yadda qalıb.


