Robert Levandovski karyerasına “Barselona”da son verəcək?

“Barselona”nın və Polşa yığmasının hücumçusu Robert Levandovski karyerasını nə vaxt bitirməyi planlaşdırdığını açıqlayıb.

Arena.az “Sport Radio ZET”ə istinadən Levandovskinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Hazırda gücüm və sağlamlığım var, nəyinsə səhv getdiyini hiss etmirəm. Digər tərəfdən, bu qərarıma təsir edə biləcək amillər var. Məni özümdən soruşmağa vadar edən məqamlar: “Sən nə uğrunda hələ də mübarizə aparırsan?”. İdmani məqam ən vacibi olacaq.
“Barselona” karyeramı bitirmək istədiyim yerdirmi? Böyük ehtimalla. Mən həqiqətən bu barədə düşünmürəm. “Barselona”da özümü çox yaxşı hiss edirəm, mənim burada müqaviləm var. Yalnız müqaviləm başa çatdıqdan sonra oynamağa davam edib-etməmək barədə düşünməyə başlayacağam”.

2022/2023 mövsümündə Robert Levandovski “Barselona”nın heyətində 46 oyuna çıxıb, 33 qol vurub, 8 məhsuldar ötürmə ilə fərqlənib. O, komandası ilə La Liqanı və İspaniya Super Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı Robert Levandovskini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: