Roberto Mançini ilə yeni müqavilə

Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini ilə yeni müqavilə imzalanıb.

Arena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

56 yaşlı mütəxəssislə müddəti 2026-cı ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

Roberto Mançini 2018-ci ilin mayından İtaliya milli komandasında baş məşqçilik edir. Sözügedən komanda onun rəhbərliyi altında çıxdığı 30 oyunda 21 qələbə qazanıb, 7 heç-heçə edib, cəmi 2 görüşdə uduzub.

İtaliyalı mütəxəssis daha öncə “Fiorentina”, “Latsio”, “İnter”, “Mançester Siti”, “Qalatasaray” və “Zenit” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: