Rusiya UEFA-da qalır – RFS Asiyaya keçməkdən imtina etdi

Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsi 2023-cü ildə keçirdiyi son iclasında Asiyaya köçmək məsələsini qaldırıb.

Arena.az məlumat verir ki, yekun nəticədə RFS UEFA-da qalmaq qərarını verib.

Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin bütün üzvləri Asiyaya köçməyin mənasız olduğunu düşünübülər, çünki FIFA bu halda da Rusiyanın beynəlxalq turnirlərə buraxılmasına zəmanət vermir. RFS Avropa qitəsi və UEFA vasitəsilə beynəlxalq yarışlara qayıtmağa çalışacaq.

Xatırladaq ki, Rusiya klubları və milli komandaları bu ölkənin Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar FIFA və UEFA-nın müvafiq qərarı ilə beynəlxalq turnirlərdən kənarlaşdırılıblar. Rusiyalı hakimlərin də beynəlxalq futbol oyunlarına təyinatı dayandırıb. Bu yaxınlarda UEFA və FIFA Rusiyanın yeniyetmələrdən ibarət komandalarını (17 yaşa qədər) beynəlxalq arenaya qaytarmağa qərar vermişdi. Lakin digər ölkələrin federasiyalarının boykot təhlükəsi ilə üzləşdiyi üçün bu qərar qeyri-müəyyən vəziyyətdə müvəqqəti olaraq dayandırılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: