“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Elşən Abdullayevi transfer edib.
Bu barədə “dənizçilər”in rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 1+1 formatında müqavilə imzalanıb. O, yeni komandasının heyətində “8” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2021/22 mövsümündə “Səbail”in uğurları üçün çalışacaq yarımmüdafiəçinin son klubu “Sabah” olub. Elşən Abdullayev əvvəllər “Neftçi”, “Sumqayıt”, “Qarabağ” və “Zirə”də də forma geyinib.
Bu yay xeyli oyunçusu ilə yollarını ayıran “Səbail” Elşən Abdullayevdən öncə Şəhriyar Rəhimov, Məhəmməd Mirzəbəyov, Cabir Əmirli və Cavid Tağıyevi də transfer etmişdi.


