Səudiyyə Ərəbistanı klubları Pol Poqbanı hədəfə alıblar

Səudiyyə Ərəbistanı klubları “Yuventus”un və Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqbanı transfer etmək niyyətindədirlər.

Arena.az “90min” portalına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Premyer Liqasının rəhbərliyi daxili çempionatın aparıcı klublarından birinin daha bir ulduz futbolçunu almaq məsələsini gündəmə gətirib.

Poqbanın “Yuventus”da qalmaq istəyinə rəğmən, ərəb klublarından sərfəli təklif gələcəyi halda, Turin klubunun sövdələşməyə razı ola biləcəyi bildirilir. Futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Mənbənin verdiyi məlumata görə, Poqba “Əl-İttihad”ın hücumçusu Kərim Benzemanın məvacibi qədər maaşa iddia edə bilər ki, bu da həftədə təxminən 290 min avrodur.

2022/2023 mövsümündə Poqba “Yuventus”un heyətində 10 oyun keçirib, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı Poqbanı 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: