“Sabah” klubla müqavilə müddəti bitən Təmkin Xəlilzadə ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Sabah” futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Təmkin Xəlilzadə 2018-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışırdı.
“Sabah” Təmkindən öncə Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete və Kevin Kubemba ilə də yollarını ayırmışdı.


