“Sabah”ın 2020/21 mövsümündəki ən yaxşıları

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah”ın heyətində 2020/21 mövsümünün ən yaxşıları açıqlanıb.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisinin bombardiri Ramil Şeydayev olub.

25 yaşlı hücumçu Premyer Liqada 6 qol vurub.

Komandanın ən çox məhsuldar ötürmə edən futbolçusu isə Xulio Sezar Rodriqesdir. Paraqvaylı hücumçu bu mövsüm 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Sabah” Premyer Liqada mövsümü 5-ci pillədə başa vurub.

Ən çox qol vuran futbolçu – Ramil Şeydayev (6 qol)

Ən çox məhsuldar ötürmə verən futbolçu – Xulio Sezar Rodriqes (4 məhsuldar ötürmə)

Ən çox oyun keçirən futbolçular – Ramil Şeydayev və Xulio Sezar Rodriqes (25 oyun)

Ən çox meydanda olan futbolçu – Amin Seydiyev (1913 dəqiqə)

Mövsüm ərzində meydana çıxmış ən gənc futbolçu – Veysəl Rzayev (17 yaş, 11 ay, 8 gün).

Xəbəri sosial şəbəkələrdə paylaş: