İtaliyanın “Salernitana” klubu baş məşqçisi Fabrisio Kastorini istefaya göndərib. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
67 yaşlı mütəxəssisin istefasına komandanın uğursuz çıxışı səbəb olub. “Salernitana” A Seriyasında bu mövsüm keçirdiyi 8 oyundan sonra 4 xalla sonuncu pillədə qərarlaşıb. Bu üzdən də rəhbərlik Kastorini başqa mütəxəssislə əvəzləməyə qərar verib.
Xatırladaq ki, Fabrisio Kastori 2020-ci ilin avqustundan “Salernitana”ya rəhbərlik edirdi. Sözügedən kollektiv məhz bu mütəxəssisin rəhbərliyi altında S Seriyasına vəsiqə qazanmışdı.
Artıq komandanın yeni baş məşqçisi də məlumdur. “Salernitana”nı bundan sonra Stefano Kolantuono çalışdıracaq. Onunla müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb. 58 yaşlı məşqçi 2017/18 mövsümündə də bu klubda baş məşqçi kimi çalışıb. Kolantuono elə həmin dövrdən bəri işsiz idi.


