Futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qəbələ”yə 0:1 hesabı ilə uduzan “Şamaxı” evdə 70-ci məğlubiyyətini alıb. Arena.az xəbər verir ki, bölgə təmsilçisi öz meydanındakı 311-ci matçında bu uğursuzluğu yaşayıb.
Şamaxının eyniadlı təmsilçisi ölkə çempionatları çərçivəsində öz meydanında 70 və daha çox matçda uduzan 4-cü komandadır.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında çıxış edən bu klub bu ildən “Şamaxı” adı ilə mübarizə aparır.
Xatırladaq ki, öz meydanında uduzan komandalar arasında antirekord “Turan”a məxsusdur – 78 məğlubiyyət. MOİK 77, “Bakı” 73 dəfə evdə xalsız qalıb.


