Samir Abasov ilə 100-cü sınağına çıxdı – “Sumqayıt”

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”ın baş məqşçisi Samir Abasov bu komandanı 100-cü dəfə çempionat oyununa çıxarıb. Arena.az xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının 22-ci turunda baş tutan “Şamaxı” ilə ev oyununa təsadüf edib.

45 yaşlı mütəxəssis “Şamaxı” ilə matça qədər “Gənclik şəhəri” təmsilçisini Premyer Liqada 99 sınağa çıxarmışdı. O, 2015-ci ilin oktyabrından 2018-ci ilin mayınadək üç mövsüm ərzində 85 çempionat görüşündə “Sumqayıt”ın “sükanı arxası”nda olub. 2022-ci ilin sentyabrında komandaya qayıdan mütəxəssis cari çempionatın 15 qarşılaşmasında iş başında olub.

Samir Abasov ilə meydana çıxdığı 100 oyunda “Sumqayıt” 33 qələbə qazanıb, 26 heç-heçə edib və 41 dəfə uduzub. Bu matçlardakı top fərqi 113-135-dir. Komanda çempionatda aktivinə 125 xal yığıb.

Xatırladaq ki, sumqayıtlılar “Şamaxı” ilə görüşdə 1:0 hesablı qələbə qazanıb. Sözügedən komanda bu mövsüm Premyer Liqada keçirdiyi 22 oyunda 18 xal toplayıb və 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: