Savo Miloşeviç Bosniya və Herseqovina millisində – Rəsmi

Serbiyalı futbol mütəxəssisi Savo Miloşeviç Bosniya və Herseqovina milli komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

50 yaşlı mütəxəssislə müqavilənin detalları açıqlanmayıb. O, bu postda bir həftə öncə istefaya göndərilmiş Meho Kodronu əvəz edib. 56 yaşlı bosniyalı mütəxəssis avqustda millinin baş məşqçisi təyin olunmuşdu. Yığma komanda onun rəhbərliyi altında cəmi 2 matça çıxıb, 1 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb.

Savo Miloşeviç isə daha əvvəl Serbiyada “Partizan”, Sloveniyada “Olimpiya” (Lyublyana) kimi klublarda baş məşqçi kimi çalışıb. O, 2021-ci ilin oktyabr ayından işsiz idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: