Spalletti Ukrayna və Şimali Makedoniya yığmalarını müqayisə etdi

İtaliya milli komandasının yeni baş məşqçisi Luçano Spalletti qarşıldakı oyunda rəqibi olacaq Ukrayna yığmasını qiymətləndirib.

Arena.az az Ukrayna Futbol Assosiasiyanın (UAF) rəsmi saytına istinadən məlumat verir ki, Spalletti AÇ-2024-ün seçmə mərhələsinin 6-cı turu çərçivəsində “skuadra adzurra”nın Ukrayna yığması ilə keçirəcəyi oyunla bağlı gözləntilərini paylaşıb:

“Ukrayna komandası? Bu, makedoniyalılardan daha mütəşəkkil komandadır. Ukraynalılar topa hansı mövqelərdə sahib olmağın gərəyi haqda dəqiq təsəvvürə malikdirlər. Düşünürəm ki, onlar öz fəaliyyətlərini sürətli əks-hücumlar üzərində qurmağa çalışacaqlar. Sadəcə İngiltərənin qapısına vurduqları qola baxın. Onların müdafiəsində dar qapını açmaq üçün topu özümüzdə saxlamalıyıq”, deyə Spalletti oyuna baxışı haqda fikrini paylaşıb.

Xatırladaq ki, İtaliya yığması bundan əvvəlki oyunda Şimali Makedoniya yığması ilə heç-heçə oynamışdı – 1:1. Ukrayna yığması isə İngiltərə yığması ilə oyundan sülhlə ayrılıb – 1:1.

Hazırda, C qrupunun lideri AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi 5 oyundan 4 qələbə, 1 heç-heçə ilə 13 xal toplamış İngiltərə yığmasıdır, top fərqi isə 16:2 (+14)-dür.
Ukrayna yığması 4 oyunda 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət yaşayıb və 7 xalla 2-ci pillədə qərarlaşıb, top fərqi 5:5-dir.
“Skuadra adzurra” 3 oyundan sonra 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət yaşayıb və 4 xalla 3-cü pillədə qərarlaşıb, top fərqi isə 4:3 (+1)-dir.

Makedoniya yığması 4 oyundan 4 xalla 4-cü sırada yer alıb. Qrupun autsayderi isə keçirdiyi 4 oyunun hamısında məğlub olmuş Malta kollektividir.

Ukrayna komandası İtaliya yığmasını bu gün, sentyabrın 12-də qəbul edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: