“Sumqayıt”ın bir rəqibi bəlli oldu

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə müddəti ərzində “Sumqayıt” komandası iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Arena.az xəbər verir ki, artıq rəqiblərdən birinin kimliyi müəyyənləşib.

Belə ki, Ayxan Abbasovun yetirmələri martın 28-də “Sabah”la üz-üzə gələcək.

Digər rəqib və oyunların keçiriləcəyi məkan hələ bəlli deyil.

Xəbəri sosial şəbəkələrdə paylaş: