Tomas Tuxel “Bayer”dən “yediyi” darmadağına aydınlıq gətirdi

“Bayern”in baş məşqçisi Tomas Tuxel Bundesliqanın 21-ci turunda “Bayer”ə dağıdıcı səfər məğlubiyyətini (0:3) məğlubiyyəti şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bizə təkmilləşmək gərəkdir. Biz ölçülərə cavab verməliyik. Oyunun əvvəlindən heç bir təhlükə yaratmadan üstün olduq. Beş müdafiəçi ilə 0:1 uduzmaq olmaz. Üstəlik, bilərəkdən beş müdafiəçi ilə oynayırdıq. Bu, 0:3-ə bənzəmirdi. İlk qol baş verməməli idi. Ucuz qoldur. Hamı yatmışdı. Bizə Tella və Frimponqa qarşı sürəti ilə Boe lazım idi.

“Bayer”lə oyunda taktiki yanaşmamıza görə məsuliyyət daşıyıram. Hazırlaşmaq üçün tam bir həftəmiz vardı və mənim işim fikirlər irəli sürmək və oyunçularımı bunun düzgün yanaşma olduğuna inandırmaq idi. Təəssüf ki, bu gün o qədər də yaxşı alınmadı – bu, mənim məşqçilik karyeramda ilk dəfə deyil, sonuncu da deyil. Bir həftə yaxşı hazırlaşdıq və özümüzdən çox şey gözlədik, amma sonda evə əliboş qayıtdıq”, deyə Tomas Tuxel bildirib.

“Bayern” üzərində inamlı qələbəsindən sonra “Bayer” Almaniya Bundesliqasının turnir cədvəlində liderliyini möhkəmləndirib. Xabi Alonsonun yetirmələri 55 xalla turnir cədvəlinə başçılıq edirlər. “Bayern” isə 50 xalla 2-ci pillədə qərarlaşıb.