“Transfermarkt” ən bahalı 10 qapıçının siyahısını açıqladı

“Transfermarkt” internet-portalı oyunçuların transfer dəyərinə dair yeniliklərə əsasən dünyanın ən bahalı 10 qapıçısını açıqlayıb.

Arena.az məlumat verir ki, siyahıya transfer dəyəri 45 milyon avro məbləğində qiymətləndirilən, Portuqaliya yığmasının və “Portu”nun qapıçısı Dioqo Kosta başçılıq edir.

“Milan”ın fransalı qapıçısı Mayk Manyan da eyni məbləğdə qiymətləndirilir, amma Manyana 2-ci pillə ayrılıb. İlk üçlüyü İtaliya yığmasının və PSJ-nin qapıçısı Canluici Donnarumma qapayır, italyan qapıçının transfer dəyəri 40 milyon avro məbləğində qiymətləndirilir.

Dünyanın ən bahalı qapıçılarının ilk onluğunu təqdim edirik:

  1. Dioqo Kosta (“Portu”, 45 milyon avro);
  2. Mayk Manyan (“Milan”, 45 milyon avro)
  3. Canluici Donnarumma (PSJ, 40 milyon avro);
  4. Qreqor Kobel (“Borussiya Dortmund”, 40 milyon avro);
  5. Andre Onana (“Mançester Yunayted”, 40 milyon avro);
  6. Ederson Moraes (“Mançester Siti”, 40 milyon avro);
  7. David Rayya (“Arsenal”, 35 milyon avro);
  8. Yan Oblak (“Atletiko”, 35 milyon avro);
  9. Mark-Andre ter Ştegen (“Barselona”, 35 milyon avro);
  10. Tibo Kurtua (“Real”, 35 milyon avro).

Belçikalı qapıçı Tibo Kurtua bu onluqda transfer dəyərini ən çox – 10 milyon avro məbləğində itirərək, ucuzlaşmış qapıçıdır. Bu, təbiidir, çünkü cari mövsüm öncəsi Kurtua ağır zədələnərək, mövsümün sonuna qədər sıradan çıxıb. Transfer dəyərində ən böyük artımı Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobel göstərib. Kobelin transfer dəyəri 5 milyon avro məbləğində artıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: