Yüksək Liqa: “Azərreyl” uduzdu, “Gəncə” qalib gəldi

Bu gün qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 5-ci turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, turun son matçında “Abşeron” “Azərreyl”lə üz-üzə gəlib.

Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutmuş görüş gərgin keçib. Oyun “Abşeron”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilmiş oyunlarında “DH Volley” “Gənclər”i (3:0), “Milli Aviasiya Akademiyası” “Murov”u (3:0), “Turan” isə UNEC-i (3:0) məğlub etmişdi.

Bu gün həm də 4-cü turdan təxirə salınmış bir oyun keçirilib. “Gənclər” və “Gəncə” komandalarının görüşündə ikincilər asan qələbəyə seviniblər.

Yüksək Liqa
5 dekabr

4-cü tur

“Gənclər” – “Gəncə” 0:3 (14:25, 12:25, 18:25)

5-ci tur

“Abşeron” – “Azərreyl” 3:2 (20:25, 25:23, 22:25, 25:23, 15:11)