ABL: “Lənkəran” “Naxçıvan”a, NTD “Abşeron Lions”a uduzdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 7-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

A qrupunda “Abşeron Lions” NTD ilə üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində keçirilmiş qarşılaşma “Abşeron Lions”un 102:87 hesablı qələbəsi ilə bitib.

B qrupunda isə “Naxçıvan” “Lənkəran”la münasibətlərə aydınlıq gətirib. “Sərhədçi” İdman Mərkəzində baş tutmuş qarşılaşma Naxçıvan kollektivinin 82:75 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, turun ötən gün baş tutmuş matçlarında “Sərhədçi” “Ordu”nu 100:64, “Gəncə” “Neftçi”ni 80:73 hesabı ilə məğlub etmişdi.

A qrupu: Abşeron Lions – 15. Sabah – 14. Gəncə – 10. Şəki – 8. Neftçi – 8. NTD – 8.

B qrupu: Ordu – 16. Naxçıvan – 14. Lənkəran – 11. Sərhədçi – 10. Sumqayıt – 9. Quba – 9.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: