“Liverpul”un baş alman məşqçisi Yurgen Klopp Premyer Liqada komandasının “Tottenhem”dən aldığı məğlubiyyəti (1:2) şərh edib.
Arena.az BBC-yə istinadən məlumat verir ki, Klopp 69-cu dəqiqədən etibarən 9 nəfərlə oynayıb məğlub olmuş “Liverpul”un məğlubiyyətində ədalətsiz, çılğın qərarları və sərsəmliyi həlledici amillər hesab edir:
“Mən hələ, heç vaxt komandamızla bu oyunda olduğu qədər fəxr etməmişdim. Mən heç vaxt belə ədalətsiz şərtlər və çılğın qərarlarla, bənzər bir oyun görməmişdim. Biz özümüz özümüzə qol vurduq, bu, avtoqoldur və bunu qəbul etmək çətindir. Amma yenə də komanda ilə fəxr edirəm.
İlk qırmızı vərəqə: Körtis Cons topun üzərinə basır və ayağı topun üzəri ilə – rəqibin ayağına doğru daha da sürüşür. Bu, çirkin fənd deyil. Yavaşıdılmış çəkilişdə bu, fərqli görünür. O, tam sürətlə topun üzərinə basır və onun üzəri ilə daha da sürüşür. Uğursuzluq.
Sonra Dioqo Jota – onun birinci sarı vərəqəsi. Orada sarı vərəqə yox idi. Sonra o, ikinci “sarı”nı aldı və biz doqquz futbolçu ilə müdafiə olunurduq və bu, çətindir.
Əgər komanda qurmaq istəyirsinizsə, onda xasiyyətli oyunçular gərəkdir. Və bu gün mən onları gördüm. Onlar döyüşürdülər. Xüsusi axşamdır.
Joel Matipin avtoqoluna gəlincə, bu, azacıq taleyə bənzəyir, o anda kimsə ayağını uzatmalı idi. Həqiqətən də bu oyunda Joeldən müdafiədə əla oyun. O, ayağını qoydu və top ayağından qapıya düşdü. Həyatda daha pis şeylər də olur. Belə anlar olur”, deyə Yurgen Klopp fikrini tamamlayıb.
Vurğulayaq ki, bu, “Liverpul”un Premyer Liqanın cari mövsümündə ilk məğlubiyyəti idi. Hazırda 7 turdan sonra “Liverpul” 16 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
“Tottenhem” isə 17 xalla 2-ci pilləyə yüksəlib. 18 xala sahib “Mançester Siti” çempionatda liderliyini sürdürür.


