“Əl-İttihad”ın həkimi: “Ərəbistanda içki ilə bağlı problem yoxdur”

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çalışan portuqal həkim Serxio Qomes komandaya ən çox problem gətirən qidalardan danışıb.

Arena.az “Football Espana” portalına istinadən həkim Qomesin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“İstilik və yüksək rütubət yüksək intensivlikli məşqləri çətinləşdirir. Bu isə yekun nəticədə liqanın tempini aşağı salır. Bundan əlavə, müsəlmanların Günəşin doğuşu və batması arasında oruc tutduqları Ramazan ayı da elit idman peşəkarları üçün problem yarada bilər.
Alkoqolla bağlı problemimiz yoxdur, amma şəkərlə bağlı problemimiz var. Səudiyyə Ərəbistanında belə bir ənənə var ki, hər kəs bütün komandanın yeyə biləcəyi qədər bir desert yeməlidir.
İstiyə gəlincə, bu, məşq və qidalanma baxımından strategiyaların hazırlanmasına gətirib çıxaracaq və bu, kifayət qədər çətin tapşırıq olacaq”, deyə Qomes təxmin edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: