Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” klubunda baş məşqçi Ayxan Abbasovdan sonra daha 6 ayrılıq yaşanıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, əsas komandanın məşqçilər heyətində yer alan Elnur Çodarov, Xəyal Qarayev, Vüsal Qarayev, Kamil Qafarov, Anar Vəliyev və Əyyub Əliyev ilə müqavilələrin müddəti başa çatıb. Klub onlarla yeni müqavilə imzalamayıb. Tərəflər yollarını ayırmağa qərar veriblər.
Xatırladaq ki, “Şamaxı” bu gün baş məşqçisi Ayxan Abbasovla da yollarını ayırdığını açıqlamışdı. Azərbaycan milli komandasının da baş məşqçisi olan Abbasov bütün diqqətini yığmaya yönəltməyə qərar verib.
“Şamaxı”nı isə növbəti mövsümdən Azər Bağırovun çalışdırması gözlənilir. Hansı ki, o, hazırda “Kəpəz”ə rəhbərlik edir. Lakin Bağırovun Gəncə təmsilçisindən ayrılaraq “Şamaxı” ilə müqavilə imzalaması gündəmdədir.


