Əliyar Ağayev Rusiya – Nigeriya oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev futbol üzrə Rusiya və Nigeriya milliləri arasında keçiriləcək yoxlama oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Əliyar Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.

Qeyd edək ki, Rusiya – Nigeriya oyunu iyunun 6-da “Lujniki” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: