Rüfət Abbasov “Şamaxı”dan getdi – Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” sol cinah müdafiəçisi Rüfət Abbasov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı müdafiəçi ilə başa çatmış müqavilənin müddəti yenilənməyib. Klub Rüfətə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Bu, “Şamaxı”da mövsümlərarası fasilə dönəmində ikinci ayrılıqdır. Əyalət klubu bu gün Karim Rossi ilə də yollarını ayırdığını açıqlamışdı

Xatırladaq ki, Rüfət Abbasov “Neftçi”nin yetirməsidir. O, “Şamaxı”ya 2024-cü ildə paytaxt klubunun əvəzedicilərdən ibarət komandasından ayrılaraq keçmişdi. 21 yaşlı futbolçu əyalət klubunun heyətində 74 oyuna çıxıb, 2 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

Abbasovun “Şamaxı”nı tərk etməsinin keçmiş klubu “Neftçi”dən sərfəli təklif alması ilə bağlı olduğu iddia edilir.

Rüfət Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinib. 2025-ci ildə isə o, əsas millimizdə debüt edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: