Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 33-cü turu ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən mövsümün son turunun oyunları ilə bağlı qəbul edilmiş qərarların siyahısını təqdim edir:
Premyer Liqa, 33-cü tur
“Sumqayıt” – “Qarabağ” oyunu bitəndən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” 2500 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam komandası 8000 manat cərimə edilib.
“Kəpəz” – “Neftçi” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 700 manat cərimə edilib. Oyunun 65-ci dəqiqəsində “Neftçi”nin futbolçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyunluq cəza alıb. “Neftçi” buna görə 1000 manat cərimə edilib. Sınaq müddəti 6 ay təyin edilib.


