Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Osasuna” komandasının italiyalı baş məşqçisi Alessio Lişi istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
40 yaşlı mütəxəssis komandanı 2025-ci ilin yayından çalışdırırdı. “Osasuna” onun rəhbərliyi altında başa çatmış 2025/2026-cı illər mövsümünü turnir cədvəlinin 17-ci pilləsində başa vurub və İspaniya çempionatının yüksək Liqasındakı yerini çətinliklə qoruyub. Bu üzdən də rəhbərlik italyan məşqçini postunda saxlamaq istəməyib.
“Osasuna” Lişinin rəhbərliyi altında bütövlükdə 42 oyun keçirib. Komanda bu görüşlərdə 14 qələbə qazanıb, 9 heç-heçə edib, 19 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Alessio Lişi daha əvvəl İspaniyanın “Mirandes” və “Levante” klublarının da əsas komandalarında baş məşqçi kimi çalışıb.



