Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Səbail” PFK heyətini yeni hücumçu – Samuel Nonqo ilə gücləndirib.
Arena.az xəbər verir ki, Bakı təmsilçisi son olaraq Albaniyanın “Elbasani” klubunun formasını geyinmiş vingerlə müqavilə imzalandığını açıqlayıb.
22 yaşlı kamerunlu futbolçu cinah hücumçusu mövqeyində çıxış edir. O, 2026-cı ilin martından “Elbasani”nin formasını geyinirdi. Transfermarkt-ın məlumatına görə, Nonqonun hazırkı bazar dəyəri 75 min avrodur.
Samuel Nonqo karyerası ərzində Türkiyənin “Adana Dəmirspor”, Xorvatiyanın “Slaven Belupo” və Albaniyanın “Elbasani” klublarında çıxış edib. O, həmçinin 2025/2026-cı illər mövsümündə Niderlandın “Veres Rivne” klubunda oynayıb.
Kamerunlu futbolçu ölkəsinin U-17 millisində də çıxış edib. O, 2019-cu ildə Kamerunun U-17 millisində 3 oyun keçirib.
Xatırladaq ki, “Səbail” son iki gündə Sərtan Taşkın və Mbup Babakarı da heyətinə qatdığını açıqlayıb.


