Futbol üzrə İspaniya çempionatının son qalibi “Barselona”nın qapıçısı Joan Qarsiya dizindən aldığı zədədən sonra məşqlərə qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı qapıçı sentyabrın 16-da “Rasinq”lə oyunda (7:2) zədə almışdı. Görüşə start heyətində başlamış Qarsiya ikinci hissənin əvvəlində əvəzlənmişdi. Qapıçı sağ dizində narahatlıq hiss etmişdi. Onun əvəzində meydana təcrübəli qolkiper Voyçex Şesnı çıxmışdı.
Joan Qarsiya 2025-ci ilin iyul ayından “Barselona”nın formasını geyinir. İspaniyalı futbolçu cari mövsümdə bu komandanın heyətində 7 oyunda iştirak edib, 6 qol buraxıb və 3 matçda qapısını toxunulmaz saxlayıb.
Xatırladaq ki, Qarsiya ötən mövsüm də eyni zədə səbəbindən 9 oyunu buraxmaq məcburiyyətində qalmışdı.


