Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Günün ilk oyununda “Difai” “Zəngəzur”la üz-üzə gəlib. Bakıda keçirilmiş oyunu Murad Səlimov idarə edib. Dörd qolluq oyun “Zəngəzur”un inamlı qələbəsi ilə yekunlaşıb.
“Marafon” “Dinamo” ilə qarşılaşıb. Sabirabadda təşkil edilmiş oyunun baş hakimi Səbuhi Bayramov olub. Meydan sahibləri darmadağınla mərhələ adlayıblar.
Günün digər görüşü “Şirvan”la “Kür-Araz” arasında keçirilib. Qarşılaşmanı Nazim Abdullayev idarə edib. “Kür-Araz” da inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəlib.
“Zəngəzur” Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Karvan”a, “Marafon” “Zaqatala”ya, “Kür-Araz” isə “Sumqayıt”a rəqib olub.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1-ci raunda oktyabrın 9-da yekun vurulacaq. “Ağdaş” “Hypers”i qəbul edəcək. Daha öncə “Qaradağ Lökbatan” və “Ağstafa Gəncləri” 2-ci raunda vəsiqə qazanıblar.
Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
8 oktyabr
“Difai” – “Zəngəzur” 1:3
Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
Difai: 12. Fazil Həsənzadə, 71. Fəzail Şirxanzadə, 20. Ayxan Salamzadə, 10. Məmməd Məmmədov, 90. Ayxan Qaracayev, 77. Enar Ağalarov, 3. Nihad Əliyev (k), 44. Miraqşin Abasov, 2. Rafael Eyvazov, 17. Elvin Qurbanov, 9. Azər Xəlilzadə.
Ehtiyat oyunçular: 99. Samir Hüseynli, 50. Eltac Hüseynov, 5. Zöhrab Əsədov, 7. Rəşid Rəşidli, 6. Əliağa Novruzov, 27. Firudin Rzayev, 73. Elgün Sadıqlı, 19. Rahil İbrahimov, 32. Gülağa Mirzəyev, 8. Həsən Nəzərov, 24. Riad Nağıyev.
Baş məşqçi: Adil Mahmudov.
Zəngəzur: 22. Həsən Həsənli, 9. Nurlan Novruzov, 38. Salman Atluxanov, 19. Ruslan Voronsov, 96. Rəvan Kərimov, 97. Kənan Mirzəliyev, 23. Rövşən Şahmuradov, 27. Ruslan Ağalarov, 4. Əliəkbər Şəbiyev (k), 44. Nihad Əmrahzadə, 18. İsmayıl İsmayılov.
Ehtiyat oyunçular: 99. Şahin Zəkiyev, 36. Əmrah Məmmədli, 10. Elgün Abbaslı, 7. Cavid Tağıyev, 5. Ramil Əhmədov, 11. Tural Qurbatov, 34. Elmin Əskərli, 17. Nurlan Quliyev, 8. Tolqar Yaqubov, 70. Mehman Süleymanlı, 3. Said Əliyev, 2. Ramil Rüstəmov.
Baş məşqçi: Ravil Hüseynov.
“Marafon” – “Dinamo” 3:0
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Ruslan Babayev, Nəriman Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Sabirabad. “Marafon Arena”, 14:30.
Marafon: 94. Rafiq Kərimov, 4. Elşad Manafov (k), 11. İlham Allahverdiyev, 14. İlqar Ələkbərov, 6. Pərviz Qaraxanov, 3. Fərid Nadirov, 17. Tofiq Nəsibov, 77. Hakan Həsənov, 33. Uğur Səfərov, 41. İlkin Budaqov, 27. Əşrəf Ələkbərli.
Ehtiyat oyunçular: 71. Qurban Məhərrəmov, 93. Əli Həsənzadə, 15. Nodar Məmmədov, 21. Novruz Məmmədov, 44. Ülvi İbazadə, 7. Fərid Kərimzadə, 10. Emin Quliyev, 12. Xəyyam Hüseynov, 9. Mirmövsüm Caniyev.
Baş məşqçi: Ceyhun Cavadov.
Dinamo: 12. Sübhan İbadov, 10. Ziya Məmmədli (k), 5. Nihad Həsənzadə, 2. Murad Rüstəmov, 9. Tariq Hajjaj, 11. Amil Nurəhmədov, 16. Talıb Ramazanov, 15. Rəşad Musayev, 17. Əvəz Cəfərquluzadə, 55. Mustafa Şükürov, 88. Nicat Nəsirli.
Ehtiyat oyunçular: 1. İbrahim Bağırov, 22. Rəhim Mustafayev, 99. Yadigar Qarayev, 80. Murad Sultanov, 8. Rəsul Məmmədli.
Məşqçi: İsmayıl Vəkiliqazicahani.
“Şirvan” – “Kür-Araz” 1:3
Hakimlər: Nazim Abdullayev, Məmmədəli Kərimov, Ruslan Məmmədov, Nahid Xasıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
Şirvan: 99. Əli Kərimov, 4. Xalid Mahmudov (k), 77. Elgün Xəlilov, 7. Emil Məlikov, 54. Elcan Rəsulov, 18. Kamran Məmmədov, 35. Cəlal Cəbrayılov, 71. Çingiz Məmmədov, 27. Elnur Mirzəyev, 30. Ramiz Məmmədov, 47. Kənan Rzayev.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 13. Comərd Baxşəliyev, 88. Aqşin Paşayev, 9. Amil Yunanov, 70. İbrahim Aslanlı, 97. Fərid Abbaslı, 8. Cavid Əliyev, 44. Qədir Həsənov, 57. Elcan Məmmədov, 11. İbrahim İbrahimli.
Baş məşqçi: Pərviz Bayramov.
Kür-Araz: 1. Şöhlət Rəhimov, 2. Ağasən Əsgərov, 9. Ülvi Quliyev, 10. Bayram Əliyev (k), 8. Ülvi Cəlilov, 44. Kamal Həsən-pur, 14. Tahir Zeynalov, 77. Museyib Vəlizadə, 20. Sənan Həsənov, 6. Həmzə Əliyev, 19. Hüseyn Abdullayev.
Ehtiyat oyunçular: 99. Fərid Ağabəyli, 12. Elçin Əliyev, 13. Mirabbas Mirbabayev, 31. Davud Əhmədov, 22. Ramin Ağayev.
Məşqçi: Səfər Atakişiyev.


