Luka Modriç: “Real”a qayıtmaq arzumdur”

Madrid “Real”ının sabiq yarımmüdafiəçisi Luka Modriç gələcəkdə yenidən İspaniya klubuna qayıtmaq istədiyini açıqlayıb.

Arena.az xəbər verir ki, hazırda “Milan”da çıxış edən 41 yaşlı xorvatiyalı futbolçu “Real”a yalnız kluba real fayda verə biləcəyi təqdirdə dönəcəyini bildirib.

Modriç bu barədə Xorvatiya və İspaniya yığmaları arasında UEFA Millətlər Liqası matçından sonra danışıb:

“Real”a qayıtmaq arzumdur. Amma belə bir addımdan əvvəl hərtərəfli hazırlaşmalı, hansı vəzifəni yerinə yetirə biləcəyimi dəqiq anlamalı və Madrid klubunun rəhbərliyinin də belə əməkdaşlıqda maraqlı olub-olmadığını bilməliyəm.

“Real” mənim evim və ömürlük klubumdur. Bununla belə, hazırda klubun strukturunda işləməklə bağlı konkret və təsdiqlənmiş planım yoxdur”, – deyə Modriç “Marca”ya bildirib.

Qeyd edək ki, Luka Modriç 2012-2025-ci illərdə “Real”ın formasını geyinib. Bu müddətdə Madrid təmsilçisinin heyətində 590 oyun keçirən xorvatiyalı yarımmüdafiəçi 28 titul qazanıb. Onun kolleksiyasında 4 İspaniya çempionluğu və 6 UEFA Çempionlar Liqası kuboku da var.

Modriç 2018-ci ildə karyerasında ilk dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: