Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo Argentina yığmasında karyerasını başa vurmuş Lionel Messiyə müraciət edib.
Arena.az xəbər verir ki, 39 yaşlı argentinalı futbolçu milli komandadakı son oyununu oktyabrın 7-də keçirib.
Buenos-Ayresdə Benin yığmasına qarşı vida matçında Argentina 3:0 hesabı ilə qalib gəlib. Messi görüşdə penaltidən bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Matçdan sonra argentinalı ulduz sosial şəbəkə hesabında milli komanda ilə vidalaşmasına həsr olunmuş paylaşım edib. Messinin futbol karyerasının əsas rəqiblərindən olan Ronaldo həmin paylaşımın altına şərh yazaraq ona hörmətini ifadə edib:
“Leo, uzun illər ölkəni qorudun, bu tarix əbədi yaşayacaq. Argentina millisində qazandığın hər şeyə hörmətim böyükdür. Səni qucaqlayıram”, – deyə Ronaldo yazıb.


