Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 10-cu tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Kəpəz”in əvəzediciləri “Zirə”nin ikinci komandası ilə ev oyununda 4 cavabsız qola üzülüblər. “Sabah”la “Sumqayıt”ın əvəzedicilərinin 7 qolluq görüşündə isə qələbəni meydan sahibləri bayram ediblər.
Əvəzedicilər Liqası
10-cu tur
19 oktyabr
“Turan Tovuz-2” – “Qarabağ-2” 1:1
Qollar: Rəşad Əliyev, 34 – Musa Musazadə, 47.
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tovuz şəhər stadionu, 14:00.
21 oktyabr
“Səbail-2” – “Neftçi-2” 1:5
Qollar: Elcan Məmmədov, 78 – Turan Vəlizadə, 22. Həbib İsmayılov, 26; 51. Ağadadaş Salyanski, 57. Elton Əlibəyli, 90+3-pen.
Hakimlər: Şamil İmanzadə, Sənan Atayev, Mirnihad Seyidov, Kamil Aydınov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Bayıl Arena”, 16:00.
“Qəbələ-2” – “Araz-Naxçıvan-2” 1:0
Qol: Xəyal Xudaverdiyev, 26.
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.
22 oktyabr
“Kəpəz-2” – “Zirə-2” 0:4
Qollar: Xəqani Sadıxov, 25; 64. Murad Ələkbərov, 80. Vüsal Əliyev, 83.
Hakimlər: Kamran Əliyev, Vüqar Bayramov, Oruc Həsənov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Sabah-2” – “Sumqayıt-2” 4:3
Qollar: Xəyal Əliyev, 25; 71. Nicat Quliyev, 60. Şahmar Aşurov, 90 – Emil Həbibov, 43-öz qapısına. Əjdər Hacılı, 53. Uğur Cahangirov, 62.
Hakimlər: İslam Məmmədov, Tərlan Talıbzadə, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elgiz Abasov.
Bakı. “ASK Arena”, 17:00.



