Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun günündə ilk qarşılaşması Tovuzda baş tutub.
Məlum səbəblərdən ev oyunlarını burada keçirən “Kəpəz” lider “Qarabağ”ı “qəbul edib”. Fərid Hacıyevin idarə etdiyi oyunda Ağdam təmsilçisi nöövbəti qələbəsini qazanmağa çalışıb. Ötən turda “Sumqayıt”a böyük hesabla uduzmuş Gəncə təmsilçisi isə güclü rəqibindən xal almaq arzusundaydı.
Bu, sözügedən komandaların milli çempionatdakı yubiley – 60-cı qarşılaşması olub. Əvvəlki 59 oyunda “Kəpəz” 14, “Qarabağ” 34 qələbə qazanmışdı, 11 görüş bərabərliklə yekunlaşmışdı. “Qarabağ” 34 oyun idi bu rəqibinə uduzmurdu. Son 5 matçda “Qarabağ” qalib gəlmişdi ki, bunlardan üçündə böyükhesablı nəticə qeydə alınmışdı.
Amma bu görüşdə qapılara qol vurulmayıb. Ağdam təmsilçisi səfərdən 1 xalla qayıdıb. Elə Gəncə təmsilçisi də Premyer Liqada qalmaq yolunda önəmli 1 xal qazanıb.
Premyer Liqa
27-ci tur
5 mart
“Kəpəz” – “Qarabağ” 0:0
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 17:00.
Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov (k), 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 78. Yeqor Xvalko, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 9. Kadi Borges, 2. Mateus Silva, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.


