DÇ-2026: Türkiyə millisi Bolqarıstan yığmasına qarşı

Futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.

Arena.az xəbər verir ki, B, C, E, H və J qrupları üzrə ümumilikdə 10 qarşılaşma baş tutacaq.

Türkiyə millisi evdə Bolqarıstan yığmasını qəbul edəcək. İspaniya millisi isə səfərdə Gürcüstan yığmasının qonağı olacaq. Belçika səfərdə Qazaxıstanla, İsveç İsveçrə ilə üz-üzə gələcək.

DÇ-2026-nın seçmə mərhələsi

15 noyabr

B qrupu

23:45. İsveçrə – İsveç
23:45. Sloveniya – Kosovo

Xallar: İsveçrə – 10. Kosovo – 7. Sloveniya – 3. İsveç – 1.

C qrupu

23:45. Danimarka – Belarus
23:45. Yunanıstan – Şotlandiya

Xallar: Danimarka – 10. Şotlandiya – 10. Yunanıstan – 3. Belarus – 0.

E qrupu

21:00. Türkiyə – Bolqarıstan
21:00. Gürcüstan – İspaniya

Xallar: İspaniya – 12, Türkiyə – 9. Gürcüstan – 3. Bolqarıstan – 0.

H qrupu

21:00. Kipr – Avstriya
23:45. Bosniya və Herseqovina – Rumıniya

Xallar: Avstriya – 15. Bosniya və Herseqovina – 13. Rumıniya – 10. Kipr – 8. San Marino – 0.

J qrupu

18:00. Qazaxıstan – Belçika
21:00. Lixtenşteyn – Uels

Xallar: Belçika – 14. Şimali Makedoniya – 13. Ueals – 10. Qazaxıstan – 7. Lixtenşteyn – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: