Futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.
Arena.az xəbər verir ki, 4 qrup üzrə bütövlükdə 8 qarşılaşma baş tutacaq.
Azərbaycan millisinin Fransa yığmasını qəbul edəcəyi gündə Ukrayna yığması İslandiya ilə qarşılaşacaq.
I qrupunda İtaliya millisi Norveç yığması ilə üz-üzə gələcək. K qrupunda isə İngiltərə millisi Albaniya yığmasının qonağı olacaq.
DÇ-2026-nın seçmə mərhələsi
16 noyabr
D qrupu
21:00. Azərbaycan – Fransa
21:00. Ukrayna – İslandiya
Xallar: Fransa – 13. İslandiya – 7. Ukrayna – 7. Azərbaycan – 1.
F qrupu
18:00. Macarıstan – İrlandiya
18:00. Portuqaliya – Ermənistan
Xallar: Portuqaliya – 10. Macarıstan – 8. İrlandiya – 7. Ermənistan – 3.
I qrupu
23:45. İtaliya – Norveç
23:45. İsrail – Moldova
Xallar: Norveç – 21. İtaliya – 18. İsrail – 9. Estoniya – 4. Moldova – 1.
K qrupu
21:00. Albaniya – İngiltərə
21:00. Serbiya – Latviya
Xallar: İngiltərə – 21. Albaniya – 14. Serbiya – 10. Latviya – 5. Andorra – 1.


