Premyer Liqa: “Sabah” – “Neftçi” matçı Umudluya tapşırıldı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Turun mərkəzi görüşü sayılan “Sabah” – “Neftçi” matçı Kamal Umudluya həvalə olunub.

Premyer Liqa
32-ci tur
15 may

17:00. “Karvan” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli.
VAR: Rauf Cabbarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yevlax şəhər stadionu

19:30. “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
VAR: Əkbər Əhmədov.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena”.

16 may

17:00. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Ruslan Quliyev, Eyyub İbrahimov, Teymur Teymurov, Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu.

17:00. “Qarabağ” – “İmişli”
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

17 may

18:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Zirə İdman Kompleksinin stadionu

18:00. “Sabah” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”.

Xəbəri sosial şəbəkələrdə paylaş: