Bu gün keçirilmiş final qarşılaşması ilə futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, mövsümün həlledici oyunu Macarıstanın paytaxtı Budapeştdə yerləşən məşhur “Puşkaş Arena”da təşkil edilib.
Burada Fransa və İngiltərə çempionları – PSJ ilə “Arsenal” komandaları üz-üzə gəlibər. PSJ ÇL-in ötən mövsümündə bu turnirin baş mükafatına sahib çıxmışdı. Bu üzdən də Fransa nəhəngi titulunu qorumaq arzusundaydı. Amma möhtəşəm mövsüm keçirmiş “Arsenal”ın da tarixində ilk dəfə Çempionlar Liqası zəfəri yaşaması istisna edilmirdi.
Xatırladaq ki, London klubu 2006-cı ildə Çempionlar Liqasında final oynasa da, məğlubiyyətə üzülmüşdü. PSJ isə qitənin ən nüfuzlu klub turnirində ikinci dəfə həlledici oyuna çıxmışdı.
Oyun “Arsenal” üçün daha yaxşı başlayıb. Erkən qolla hesabı açmış ingilislər bu üstünlüyü ikinci hissədə əldən veriblər. 90 dəqiqə və əlavə vaxtda tərəflər başqa qol vura bilməyiblər. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş PSJ ardıcıl ikinci mövsüm ÇL-in qalibi olub!
UEFA Çempionlar Liqası
Final
30 may
PSJ (Fransa) – Arsenal (İngiltərə) 1:1 (penaltilər 4:3)
Qollar: Usman Dembele, 65-pen – Kay Haverts, 6.
Baş hakim: Daniel Zibert (Almaniya).
Budapeşt. “Puşkaş Arena”.


