Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin cütləri bəlli oldu

Bu gün keçirilmiş son bir oyunla futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, nəticədə növbəti mərhələnin bütün iştirakçıları müəyyənləşib.

“Marafon” “Dinamo”nu, “Qaradağ Lökbatan” “Şəki”ni, “Kür-Araz” “Şirvan”ı, “Hypers” “Ağdaş”ı, “Ağstafa Gəncləri” “Şəmkir”i, “Zəngəzur” isə “Difai”ni məğlub edərək məğlub edərək 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıblar.

Beləliklə, Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin bütün cütləri bəlli olub.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları 27-29 oktyabr aralığında baş tutacaq.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

27-29 oktyabr

Şimal – Araz-Naxçıvan
Marafon – Zaqatala
İmişli – Qaradağ Lökbatan
Kür-Araz – Sumqayıt
Qəbələ – Mingəçevir
MOİK – Şahdağ Qusar
Xankəndi – Gəncəbasar
Hypers – Şamaxı
Şəfa – Ağstafa Gəncləri
Zəngəzur – Karvan
Səbail – Zirə
Kəpəz – Baku Sportinq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: