Emiliano Martines çənəsindən zədə aldı, xəstəxanalıq oldu

“Çelsi”nin argentinalı qapıçısı Emiliano Martines İngiltərə Premyer Liqasının 7-ci turunda “Everton”a qarşı keçirdikləri oyunda ağır zədə alıb.

Arena.az xəbər verir ki, argentinalı qolkiperin çənəsi sınıb.

Hadisə qarşılaşmanın ikinci hissəsinin ortalarında, Martinesin rəqib futbolçu ilə top uğrunda mübarizəsi zamanı baş verib. Toqquşmadan sonra meydana daxil olan həkimlər 34 yaşlı qapıçıya ilkin tibbi yardım göstərib və ona oksigen maskası taxıblar. Martines meydanı müstəqil şəkildə tərk edə bilmədiyi üçün xərəkdə aparılıb.

Argentinalı qapıçı hazırda xəstəxanada qalır. Onun kompüter tomoqrafiyası, eləcə də bel və boyun müayinələrinin nəticələri yaxşı olub.

Qeyd edək ki, Emiliano Martines 2026-cı il avqustun 30-da “Çelsi”yə keçib. O, bundan əvvəl 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edib. Qapıçı 2026-cı ildə bu komandanın heyətində Avropa Liqasının qalibi olub.

Martines “Arsenal”ın yetirməsidir. O, London klubunun heyətində üç dəfə İngiltərə Super Kubokunu (2014, 2015, 2020) və bir dəfə İngiltərə Kubokunu (2020) qazanıb.

Argentina millisində 67 oyun keçirmiş qapıçı 2022-ci ildə dünya çempionu, 2026-cı ildə isə dünya çempionatının gümüş mükafatçısı olub. O, həmçinin iki dəfə Amerika Kubokunu (2021, 2024) və bir dəfə Finalissimanı (2022) qazanıb.

Emiliano Martines 2023 və 2024-cü illərdə “France Football” nəşrinin təsis etdiyi Lev Yaşin mükafatına layiq görülüb. Bu mükafat ilin ən yaxşı qapıçısına təqdim olunur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: