“Bayern”in qapıçısı Manuel Noyer Bundesliqanın 9-cu turunda “Maynts”la oyunda aldığı zədə səbəbindən 2026-cı ildə meydana çıxmayacaq.
Arena.az xəbər verir ki, 40 yaşlı qolkiperin sağ ayağındakı vətərində qismən yırtıq aşkarlanıb.
Bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb. Almaniyalı qapıçının ən tez yanvarda sıraya qayıda biləcəyi vurğulanır.
“Maynts”la səfər qarşılaşmasında zədələnmiş Noyer ikinci hissədə meydana çıxmayıb. Matç “Bayern”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Manuel Noyer 2011-ci ildən “Bayern”in formasını geyinir. O, bu klubla 13 dəfə Almaniya çempionu, 6 dəfə ölkə kubokunun və 8 dəfə super kubokun qalibi olub. Qapıçı iki dəfə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və klublararası dünya çempionatını qazanıb. Almaniya millisinin heyətində isə o, 2014-cü ildə dünya çempionu olub.


