Azərbaycanın U-21 millisinin cinah hücumçusu Murad Məmmədov Kiprin “Pafos” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Cənubi Kipr Liqasının 2026/2027-ci illər mövsümünün 9-cu turu çərçivəsində “Omoniya” ilə qarşılaşıb.
“Pafos” doğma meydanda baş tutmuş bu görüşdən qələbə ilə ayrılıb – 4:2. Murad bu matçın 59-cu dəqiqəsində, komandası 4:1 hesabıyla öndə olarkən meydana buraxılıb.
Məmmədovun komandası 9 turdan sonra 16 xalla 6-cı pillədə qərarlaşıb. “Pafos” 9 oyunda 4 qələbə qazanıb, 4 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Murad Məmmədov bu ilin yayında qoşulduğu “Pafos”un heyətində 6 rəsmi matçda forma geyinib, 1 qol vurub.
“Pafos” “Neftçi”nin yetirməsi olan 20 yaşlı azərbaycanlı futbolçunu 2026-cı ilin yayında azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.


