Bu gün keçirilmiş oyunlarla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 11-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Fiorentina” – “Yuventus” matçında qalib müəyyənləşməyib. “Napoli” – “Latsio” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Cenoa” evdə “Milan”a, “Montsa” isə “Atalanta”ya məğlub olub. Son çempion “İnter” də “Komo” ilə ev oyununda inamlı qələbəyə sevinib.
Beləliklə, 11 turdan sonra 29 xala malik “Latsio” vahid liderdir. “İnter” 28 xalla ikinci, “Roma” 27 xalla üçüncü pillədə qərarlaşıb. “Milan” 24, “Komo” 23, “Frozinone” 20, “Yuventus” 18 xal toplayıb.
İtaliya, A Seriyası
11-ci tur
6 noyabr
Venesiya – Udineze 2:1
7 noyabr
Kalyari – Frozinone 1:0
Torino – Leççe 1:1
Parma – Bolonya 1:2
Roma – Sassuolo 3:0
8 noyabr
Napoli – Latsio 1:1
Cenoa – Milan 1:2
Montsa – Atalanta 0:1
İnter – Komo 2:0
Fiorentina – Yuventus 2:2


