La Liqa: “Barselona”dan “Atletiko” üzərində əzmkar qələbə

Bu gün keçirilmiş oyunlarla futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Selta” – “Levante” matçı qolsuz başa çatıb. “Real Sosyedad” “Rayo Valyekano”nu, “Vilyarreal” “Xetafe”ni məğlub yola salıbsa, “Elçe” “Betis”ə evdə uduzub.

Turun mərkəzi oyununda Madrid “Atletiko”su son çempion “Barselona”nı qəbul edib. Üç qolun qeydə alındığı görüş Kataloniya təmsilçisinin əzmkar qələbəsi ilə bitib.

Beləliklə, 12 turdan sonra 33 xala malik “Barselona” vahid liderdir. “Real” 30 xalla ikinci, “Atletiko” 28 xalla üçüncü pillədə qərarlaşıb. “Betis”in 26, “Real Sosyedad”ın 22, “Sevilya”nın 18 xalı var.

İspaniya, La Liqa
12-ci tur

6 noyabr

Sevilya – Alaves 0:0

7 noyabr

Malaqa – Rasinq 1:2
Espanyol – Deportivo 0:0
Osasuna – Atletik 1:1
Valensiya – Real 0:3

8 noyabr

Elçe – Betis 0:2
Real Sosyedad – Rayo Valyekano 1:0
Selta – Levante 0:0
Vilyarreal – Xetafe 2:0
Atletiko – Barselona 1:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: