Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (19-cu qran-pri) həlledici yarışı baş tutub.
Arena.az xəbər verir ki, budəfəki yarış Braziliyada təşkil olunub.
San Paulo qran-prisində “Maklaren” komandasının britaniyalı pilotu Lando Norris qalib olub. 26 yaşlı sürücü 71 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq qələbəsini rəsmiləşdirib. Bu, onun cari mövsümdə 3-cü, karyerası ərzində 14-cü zəfərdir.
San Pauloda ikinci yeri “Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen tutub. İlk üçlüyü isə “Red Bull”un digər sürücüsü İsak Hacar qapayıb.
Geridə qalmış 20 mərhələdən sonra çempionluğu artıq təmin etmiş Kimi Antonelli (“Mersedes”) 390 xalla vahid liderdir. Maks Ferstappen (“Red Bull”) 279 xalla ikinci, Corc Rassel (“Mersedes”) 262 xalla üçüncü pillədə qərarlaşıb.
Mühəndislər Kubokunda “Mersedes” 652 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 510 xalla ikinci, “Red Bull” isə 415 xalla üçüncü yerdə gedir.
Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 21-ci qran-prisi Amerika Birləşmiş Ştatlarında keçiriləcək. Bu yarış noyabrın 21-də Las Veqasda baş tutacaq.
Formula 1 üzrə dünya çempionatı, 2026
Pilotların yarışında turnir cədvəli:
- Kimi Antonelli (Mersedes) – 390
- Maks Ferstappen (Red Bull) – 279
- Corc Rassell (Mersedes) – 262
- Luis Hamilton (Ferrari) – 261
- Şarl Lekler (Ferrari) – 249
- Lando Norris (Maklaren) – 246
- Oskar Piastri (Maklaren) – 152
- İsak Hacar (Red Bull) – 122
- Liam Louson (Rasinq Bulls) – 89
- Pyer Qasli (Alpin) – 42
- Arvid Linblad (Rasinq Bulls) – 38
- Franko Kolapinto (Alpin) – 27
- Oliver Berman (Haas) – 23
- Qabriel Bortoleto (Audi) – 14
- Niko Hulkenberq (Audi) – 14
- Esteban Okon (Haas) – 7
- Fernando Alonso (Aston Martin) – 7
- Karlos Sayns (Uilyams) – 7
- Aleksander Albon (Uilyams) – 5
- Yuki Tsunoda (Rasinq Bulls) – 1
- Ryo Hirakava (Haas) – 1
- Lens Stroll (Aston Martin) – 0
- Serxio Peres (Kadillak) – 0
- Valtteri Bottas (Kadillak) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Mersedes – 652
- Ferrari – 510
- Red Bull – 415
- Maklaren – 398
- Rasinq Bulls – 114
- Alpin – 69
- Haas – 31
- Audi – 28
- Uilyams – 12
- Aston Martin – 7
- Kadillak – 0


