“Şirvan” – “Marafon” oyunu təxirə salındı

Futbol üzrə Azərbaycan İkinci Liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan “Şirvan” – “Marafon” oyunu təxirə salınıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.

Bildirilir ki, buna səbəb matçın təyin olunduğu vaxtadək aramsız yağış yağması və Şirvan Olimpiya İdman Kompleksinin ot örtüyünün oyunun keçirilməsi üçün uyğunsuz vəziyyətə gəlməsidir.

Peşəkar Futbol Liqası matçın sabah keçirilməsi barədə qərar verib. Oyun eyni məkanda baş tutacaq və saat 15:00-da start götürəcək.

İkinci Liqa
10-cu tur

10 noyabr

“Şirvan” – “Marafon”
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Mehdi Yusifov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: