Əvəzedicilər Liqası: 12-ci turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 12-ci turun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Üç günü əhatə edəcək 12-ci tura dekabrın 10-da start veriləcək. Turun qalan görüşləri ayın 11-də və 13-də təşkil ediləcək.

Əvəzedicilər Liqası
12-ci tur

10 dekabr

“Araz-Naxçıvan-2” – “Neftçi-2”
Binə qəsəbə stadionu, 14:00.

“Kəpəz-2” – “Qarabağ-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

11 dekabr

“Zirə-2” – “İmişli-2”
Binə qəsəbə stadionu, 14:00.

“Sumqayıt-2” – “Sabah-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

13 dekabr

“Şəfa-2” – “Qəbələ-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şamaxı-2” – “Turan Tovuz-2”
Şamaxı şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: